Plastik qablardan su içməyin...

Plastik qablardan su içməyin...

Yay aylarında marketlərdə, xırda mağazalarda, dəniz kənarında, yol qırağında soyuducuya yerləşmədiyi üçün suların bir hissəsi kasetlər halında günün altında saxlanılır. Sərin sular satıldıqca günlərlə isti havada qalan sular tədricən soyuducuya yerləşdirilir. Alıcılar da heç bir tərəddüd etmədən bu sulardan içir.

Bu qabları 20 dərəcədən yüksək temperaturda saxlamaq qəti qadağandır. Hərarət artıqca qablarda olan zərərli elementlər içindəki suya hopur və orqanizmi tədricən zəhərləyir. Üstəlik sonradan soyuduculara qoyulub dondurulması başqa fəsadlara yol açır. Plastik qabların tərkibində dioksin adlı kimyəvi maddə var ki, bu maddə hüceyrələrə mənfi təsir edir. Həmçinin bu qabları təkrar istifadə etmək olmaz. Əks halda ölümcül xəstəliklərin yaranmasına səbəb ola bilər. Mütəxəssislər müəyyənləşdiriblər ki, bu, sonradan insanda süd vəzinin xərçəngi ilə bərabər, ürək çatışmazlığı, şəkərli diabet və qaraciyər xəstəlikləri yaradır.

Artıq inkişaf etmiş bir sıra ölkələrdən plastik qablardan imtina edilir. Məsələn Danimarkada plastik qab-qacaqdan istifadə qanunla qadağan edilib. Ona görə də həmin ölkələrdə, sular plastik yox, daha çox şüşə və kağız qablarda satılır.

ATV Xəbər

Bu kateqoriya üzrə digər xəbərlər