Warren Edward Buffet’in fikrinə görə, hər kəs özünə sərmayə qoymaqla məşğul olmalıdır. Bu o deməkdir ki, hər birimiz bir az sərmayədarıq. Bütün bunlarla bağlı bir sual ortaya çıxır: necə özümüzə sərmayə qoyaq? İnsan özünü necə inkişaf etdirə bilər? Özünüzü inkişaf etdirmək istəyirsinizsə, hazır olun, başlayırıq.
“ƏLİNİZDƏ OLAN ƏN DƏYƏRLİ AKTİV SİZ ÖZÜNÜZSÜNÜZ. SİZİN İSTEDAD VƏ BACARIĞINIZI YAXŞILAŞDIRAN HƏR ŞEYİ ETMƏYƏ DƏYƏR.”
Warren Edward Buffett
1. Öyrənmə planı hazırlayın
Məsələn, siz gündəlik və ya həftəlik planlar qura bilərsiniz. Bu plana yeni bir şey öyrənmək, biliklərini möhkəmləndirmək və ya rəsm çəkmək kimi müxtəlif fəaliyyətlər daxil edə bilərsiniz. Gündəlik, həftəlik, aylıq planların sonunda isə öhdəsindən gəldiyiniz tapşırıqları qyed etməyi unutmayın. Bu sizə yeni nailiyyətlər üçün stimul verəcək. Weekly tipli planlama proqramlarından istifadə edə bilərsiniz. Bu cür proqramlarla gündəlik planınızı qura, ora görəcəyiniz müxtəlif işləri, planladığınız fəaliyyət planını daxil edə bilərsiniz. Gün ərzində görməli olduğunuz işlərə ciddi yanaşın və özünüzə qarşı tələbkar olun. Hansı biliklərinizi inkişaf etdirmək istədiyinizi müəyyənləşdirin və cədvəl yaradın. Addım-addım məqsədlərinizə nail olmağa başlayın.
2. Ətrafınızda daha ağıllı və uğurlu insanların olmasına çalışın
Bəzən ətrafınızda çox uğur qazanmış insan sizin özgüvəninizə mənfi təsir də göstərə bilər. Lakin siz bu hissin öhdəsindən gəlib, həmin insanların təcrübəsindən və biliklərindən yararlanmağa başladığınızda, hər şey dəyişəcək. Siz adi söhbətdən də yeni şeylər öyrənmə imkanı əldə edəcəksiniz.
3. Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin
Əlbəttə, uğur qazanmış və ya ağıllı insanın sizinlə dostluq etmək istəyinin yaranması üçün siz də qarşılığında nə isə təklif etməyi bacarmalısınız. Bu zaman sizin yaxşı ünsiyyət qabiliyyətiniz köməyinizə gələ bilər. Hansı peşə sahibi olursunuzsa, olun – yaxşı danışıq qabiliyyəti hər kəs üçün böyük üstünlükdür.
4. Pul xərcləməkdən qorxmayın
Son illərdə insanlar təhsilə daha çox pul xərcləməyə başlayıblar. Bu əvvəlki illərlə müqayisədə çox böyük proqress hesab edilə bilər. Biz indi professional biliklərimizi artırmağa imkan verən müxtəlif seminarlar, kurslar, səfərlərin əhəmiyyətini daha yaxşı anlayırıq.
5. Yalnız professional olaraq inkişaf etməklə qalmayın
Bəli, iş günün böyük hissəsini təşkil etdiyində, bu asan deyil. Lakin belə bir kiçik sirr var:
SİZƏ ÖZÜNÜZƏ HƏQİQƏTƏN MARAQLI BİR ŞEY TAPDIĞINIZDA, MÖCÜZƏVİ YOLLARLA DA OLSA ONUN ÜÇÜN VAXT TAPMAĞI DA BACARIRSINIZ.
Bəlkə də bir saat az yatmalı olacaqsınız. Bunun üçün nahar vaxtınızdan kəsməli və tez getməli olacaqsınız. Lakin siz sərf etdiyiniz bu zamana və enerjiyə görə daha böyük enerji əldə edəcəksiniz.
pahoo.az