“Bu həftənin şənbə günü, oktyabrın 17-də dünyada ən dəhşətli zəlzələ olacaq. Nəticədə 40 milyon insan öləcək”
Reaksiya.az xəbər verir ki, bu sözləri London Universitetinin fiziki Mehran Keşe deyib.
Onun fikrincə, zəlzələ ABŞ və Asiya sahillərində baş verəcək. Rixter cədvəlilə 20-24 ballıq zəlzələdə ən çox ABŞ sahillərində yaşayan insanlar dünyasını dəyişəcək:
“Cənubi Amerikada zəlzələnin təsiri 10-16 bal arasında olacağı gözlənilir. ABŞ-ın Kaliforniya ştatında da yaxın 30 il ərzində 6.5 ballıq zəlzələ qeydə alınacaq. İrəli sürdüyüm bu ehtimallar 99 faizlə qiymətləndirilir”.