Tərkibi: 3 qalın qabıqlı portağal, 1 st. şəkər tozu, 1 st. su, 200 qr tünd şokolad. Hazırlanması: Portağalları səliqə ilə soyub, qabığını uzun-uzun şəridlərə doğrayın. Suyu qaynadın, qabıqları içinə atıb 2 dəqiqə, yumşalıb şəffaflaşanadək saxlayın. Sudan çıxarıb qaba yığın, şəkər tozuna batırıb şəbəkənin üzərində qurudun. Şokoladı əridin, çubuqları şokolada batırıb yenidən şəbəkənin üzərində qurudun.