Ərzaqlar:
Kəsmik – 200 qr.
Banan – 1,5 ədəd
Şokolad – 150 qr.
Vafli – 3-4 ədəd
Kərə yağı – 60 qr.
Hazırlanması:
Vaflilər blenderdə əzilir, üzərinə kəsmik tökülür, qarışdırılır. Şokoladı doğrayırıq, kərə yağına qatırıq və mikrodalğalı sobada 30 saniyə müddətinə yumşaldırıq. Sonra onu kəsmikli – vaflili kütləyə tökürük, qarışdırırıq. Bu kütləni qida pərdəsinin üzərinə tökürük, yayırıq, üstünə banan qoyuruq və kolbasa formasında bükürük. 1-2 saatlıq soyuducuya yola salırıq. Sonra 50 qr. şokoladı sürtgəcdən keçiririk. Kolbasanı “plyonka”dan açırıq və bu şokolad qırıntılarında fırladırıq. Daha sonra dilimləyib süfrəyə verə bilərsiz. Nuş olsun!
Mənbə: Sufrem.az