Şokoladlı açar

Şokoladlı açar

Tərkibi:
80 qram kərə yağı
0,5 su stəkanı şəkər
2 yumurta
1 paket vanil
2 su stəkanı un
35 qram kakao
bir az duz
100 qram süd
0,5 su stəkanı kişmiş
0,5 su stəkanı xırdalanmış şokolad

Maya üçün:
80 qram ilıq süd
1 xörək q. şəkər
1 xörək q. maya
25 qram kakao
25 qram un

Hazırlanması:
Mayanı hazırlamaq üçün maya üçün qeyd etdiyimiz məhsulları bir qabda qarışdırb kənarda şişməyini gözləyin.
Xəmir üçün kərə yağını pesok ilə çalın, üzərinə yumurtanı, vanili əlavə edin.
Ayrı bir qabda unu, kakaonu, duzu qarışdırın və xəmirə yavaş-yavaş süd ilə birlikdə əlavə edin.
Mikserlə qarışdırın.
Kənarda şişmiş mayanı xəmirə qatıb qarışdırın.
Xırdalanmış şokolad və kişmişi əlavə edin.
Alınmış xəmiri bir qaba qoyub üstünü örtüb 12 saat soyuducuda saxlayın.
Sonra xəmiri soba qabına qoyub 1 saat da gözləyin.
180 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.
Hazır olmuş şokoladlı açar şirniyyatını soyuduqdan sonra qabdan çıxarıb üzərinə şəkər tozunu əlavə edin.

Mənbə: Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər