Ərzaqlar:
Əncir – 4-5 ədəd
Vetçina – 100 qr.
Keçi pendiri -100 qr.
Rukkolo salat yarpaqları – 100 qr
Qırmızı soğan – 1 baş
Zeytun yağı – 5 x.q.
Duz, istiot
Çerri pomidor – 7 ədəd
Zeytun – 7 ədəd
Hazırlanması:
Vetçina uzunsov, nazik doğranılıb, tavada yüncülcə qızardılır. Əncir 4 hissəyə bölünür. Soğan nazik halqavari doğranılır. Salat qabına rukkolo qoyulur, üstünə əncir, vetçina düzülür. Çerri pomidorları yarı bölünür. Keçi pendiri xırda kubvari doğranılır. Soğan, pendir, zeytun və pomidorlar da salata qatılır, duz, istiot, zeytun yağı səpilir.
Nuş olsun!
Mənbə: Sufrem.az