Narlı və badamlı quzu əti

Narlı və badamlı quzu əti

Tərkibi:
500 qr kuşbaşı quzu əti
Duz
Qara bibər
1 soğan
Yarım çay stəkanı zeytunyağı
1 yemək qaşığı tomat pastası
1 su stəkanı nar dənəsi
1 yemək qaşığı un
Yarım su stəkanı isti su
1 su stəkanı kabuksuz badam
5 ~ 6 budaq cəfəri

Hazırlanması:
Quşbaşı quzu ətini bir kasaya alın. Üzərinə duz və qara bibər səpin. Doğradığınız soğanı zeytunyağında qızarana qədər qovurun. Tomat, ətlər və narı əlavə edib un səpin. Ətlərin rəngi dönənə qədər qovurun. İsti suyu əlavə edib ətləri yaxşıca yumşalana qədər bişirin. Ocaqdan almağa yaxın badam və iri doğradığınız cəfəri yarpaqlarını əlavə edin. Narlı və badamlı quzu əti artıq hazır.

Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər