Ərzaqlar:
Kərə yağı – 80 qr.
Şəkər tozu – 80 qr.
Un – 160 qr.
Təzə nanə - 30 qr.
Yumurta - 1 ədəd
Hazırlanması:
Nanə yarpaqları xırdalanır, şəkər tozu ilə qatılır. Otaqda yumşaldılmış kərə yağı ilə birgə mikserdə qarışdırılır. Bərabər kütlə alınmalıdır.
Un səpilir və qarışdırılır. Yumurta da əlavə olunur. Xəmir topalı olmalıdır. Hamar alınmayacaq. əlimizdə xəmir kütləsindən bir hissə götürüb, kürələnir, barmaqlarımızla yastılanır.
Soba formasına kağız salınır. Peçenyelər düzülür. 175 dərəcədə 20 dəqiqə bişirilir. Peçenyelər bir az qalxacaq. Üzəri qızılı rəng alana kimi bişirin. Sobadan çıxarıb soyudun, ya dərhal süfrəyə verib yeyin, ya da ağzı bağlı bankada saxlayın ki, qurumasın.
Nuş olsun!
Mənbə: Sufrem. az
 
                 
         Qara gavalı ilə ət.
        
        Qara gavalı ilə ət.
     Asan xaçapuri.
        
        Asan xaçapuri. 
     Pomidor- badımcan piroqu.
        
        Pomidor- badımcan piroqu.
     10  dəqiqəyə hazır olan peçenye
        
        10  dəqiqəyə hazır olan peçenye 
     Almalı tartaletka
        
        Almalı tartaletka
     Almalı çatni
        
        Almalı çatni
     Əncir salatı.
        
        Əncir salatı. 
     Pomidorlu dil salatı.
        
        Pomidorlu dil salatı.
     Klassik yumurta salatı
        
        Klassik yumurta salatı
     
                 
                     
            