Ərzaqlar:
Yumurta – 3 ədəd
Düz – 0,5 ç.q.
Un – 300 qr.
Çəkilmiş mal əti
Hazırlanması:
Ən sadə xəmir reseptinin hazırlanmasını yəqin ki, xatırlayırsız. Xəmir hazır olandan sonra onu çox nazik və cırılmamaq şərti ilə açırıq. Sonra onu zolaq-zolaq kəsirik. Hər birinin eni 10-12 sm olmalıdır. Zolaqların içinə çəkilmiş əti qoyuruq, xəmirin tərəflərini üst-üstə qatlayırıq və səliqəli ilə rulet formasında bükürük. Mantıları büküb bir tavaya yığdıqdan sonra onun üstünü hazırlayırıq. Bolqar bibəri, yunan qabağı, badımcan və pomidoru doğrayırıq. Bütün tərəvəzləri duzlayıb qarışdırırıq. Onları bitki yağında pörtlədirik.
Qovrulmuş tərəvəzləri qızılgül formasında olan mantıların üstünə gəzdiririk. Tavanın yarısına kimi su töküb, qapağını bağlayırıq və bişməyə qoyuruq. Bişib-bişmədiyini tez-tez yoxlayırıq.
Mənbə: Sufre.az