Ərzaqlar: 1 yemək qaşığı toz şəkər 6 ədəd gavalı 1 fincan ricotta (italyan pendiri) 1 çay qaşığı rəndələnmiş portağal qabığı 2 yemək qaşığı bal ¼ fincan qabıqlı püstə
Hazırlanması:
Manqalı orta səviyyədə qızdırın. Gavalıları ortadan bölün. Manqalın dəmirinin üzərinə və gavalının kəsik hissəsinə şəkər tozu səpib qizarmağa qoyun və 1-2 dəqiqə şirələnənədək çevirərək bişirin.Eyni vaxtda orta ölçülü bir qaba ricotta və portağal qabığını əlavə edərək qarışdırın.Gavalıları boşqaba düzün,üzərinə ricotta qarışımını qaşıqla yayın və 1-2 damcı bal töküb üstündən püstələri səpin.
Mənbə: Metbexdenxeberler.com