Macar qulyaş şorbası

 Macar qulyaş şorbası

Ərzaqlar:

Mal ətinin müxtəlif hissələri – 500 qr.
Baş soğan – 2 ədəd
Kartof – 500 qr.
Bolqar bibəri – 1 ədəd
Kök – 2 ədəd
Sarımsaq – 2 diş
Tomat pastası – 1 x.q.
Bulyon – 1 litr
Paprika (bibər tozu ) – 1 x.q.
Bitki yağı
Duz, istiot
Kəklikotu – 1 çimdik

Hazırlanması:

Soğan təmizlənir, xırda doğranılır. Dərin qazana bitki yağı tökülür, soğan qızardılır. Soğan bir az soyudulur və ona paprika qatılıb qarışdırılır.
Ət 1 sm. diametrdə doğranılır. Ayrıca tavada bitki yağında hissə-hissə qızardılır. Ətin hamısını birdən tökməyin, çünki ət bir-bir qızarmalıdır.
Əti soğança olan qazana töküb, doğranmış sarımsaq, kəklikotu əlavə edilir. Bir az bulyon əlavə edilir, çox zəif odda 2 saat bişirilir. Arada su azaldıqca, çömçə ilə az-az bulyon əlavə edilə bilər.
Kartoflar təmizlənir. 1 sm ölçüdə kublara bölünür. ətə əlavə olunub, odu artırır, 6-7 dəqiqə bişirilib, duz, istiot səpilir.
Bolqar bibəri, kök kublara bölünür, qazana tökülür və tomat pastası qatılır. Bulyonun qalan hissəsi də əlavə olunub, qaynara düşənə kimi bişirilir. Sonra od azaldılır və bağlı qapaq altında daha 15 dəqiqə bişirilir. Şorba qazandaca 10 dəqiqə soyudulub, sonra boşqablara çəkilir.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər