Ərzaqlar:
Su – 120 ml.
Şəkər – 400 qr.
Jelatin – 1 paçka
Qaynadılmış soyudulmuş su – 600ml.
Limon – 3 ədəd
Hazırlanması:
Limonlar yuyulur, qabığı soyulur. Jelatin 60 ml soyuq suda isladılır və 10 dəqiqə kənara qoyulur.
400 qr şəkərlə 120 ml su qarışdırılır və odun üzərində qaynara düşənə kimi qarışdırılıb sirop hazırlanır. Oddan götürüb, bura jelatin qatılır. Limonun şirəsi də sıxılıb bura əlavə olunur. Qarışdırlıb süzgəcdən süzülür. Ətirli mayeni buz və ya konfet formasına töküb, üzərini bağlayır və soyuducuda 3 saat saxlayırıq.
Hazır marmeladı şəkər tozu içində gəzdirib, boşqaba yığılır. Limonlu ev marmeladı çay süfrəsinə hazırdır.
Mənbə: Sufrem.az