Lavaşda omlet resepti

Lavaşda omlet resepti

Ərzaqlar:

Tavadan bir qədər iri olan nazik lavaş
Yumurta – 1 ədəd
Bərk pendir – 50 qr.
Doğranmış kolbasa və ya vetçina (zövqə görə)
Duz (zövqə görə)
Yağ (bitki və ya kərə) - 1 x.q.
Ədviyyatlar və ya göyərti (zövqə görə) 

Hazırlanması:

Yumurtanı çırpırsınız və zövqə görə duzlayırsınız. Sonra pendiri sürtgəcdən keçirirsiniz. Lavaşı yağlanmış tavanın içinə salıb, tavanı da zəif odun üzərinə qoymaq lazımdır. Əgər lavaş qartdırsa, ya onun üzərinə su çiləmək, ya da çalınmış yumurtanın içinə 1-2 qaşıq süd əlavə etmək lazımdır ki, yaxşı qızarsın.
Lavaşın üzərinə yumurtanı süzürsünüz və sürtgəcdən keçirilmiş pendiri səpirsiniz. Digər ədviyyatları da (həmçinin kolbasa/vetçina) vura bilərsiniz. Sonra lavaşın bir tərəfini digərinin üzərinə qoyuruq (qutab kimi), hər iki üzünü qızardırıq.
Bir məqamı da unutmayın: od çox zəif olmalıdır ki, lavaş qızarana kimi içindəkilər də bişsin.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər