Kəpənək peçenyeləri

Kəpənək peçenyeləri

Ərzaqlar:

Krem pendir – 170 qr.
Kərə yağı – 230 qr.
Şəkər tozu – 2 x.q.
Un – 350 qr.
Duz – bir çimdik
Cem
Qənd kirşanı

Hazırlanması: 

Dərin qabda krem pendir, kərə yağı, şəkər, duz birlikdə mikserin orta gücündə 2-3 dəqiqə çalınır. Sonra ən zəif rejimdə un yavaş-yavaş əlavə olunaraq, qarışdırılır. Ovulan kütlə alınmalıdır. Xəmir əllə yoğrulur,  top formasına salınır.
Soba 175 dərəcə isidilir. Formaya perqament sərilir.
Masa üzərinə un səpilir, xəmir kvadrat formada 3 mm. nazikliyində yayılır. Sonra bu kvadrat 6x6 sm. ölçüdə olmaqla, kiçik kvadratlara bölünür. Hər kvadratın ortasına1 çay qaşığı cem qoyulur. İki bir-birinə əks küncü ortaya qatlayıb, bitişdirirsiz. Çalışın bərk yapışsın ki, bişəndə aralanmasın. Beləcə, kəpənək forması verirsiz. Xəmirlər formaya bir-birindən aralı qoyulmalıdır. 175 dərəcədə 12 dəqiqə üzəri qızarana kimi bişirilir. Sobadan çıxarıb, 2-3 dəqiqə soyudulur, üzərinə qənd kirşanı səpilir. Nuş olsun!

Mənbə: Sufrem. az

Bu kateqoriya üzrə digər xəbərlər