Közdə bişmiş badımcan salatı

Közdə bişmiş badımcan salatı

Tərkibi: 1 kq badımcan, 2 ədəd soğan, 2-3 diş sarımsaq, 2 dənə pomidor, 1 limonun şirəsi, yarım stəkan zeytun yağı, duz, pul bibər, cəfəri. Hazırlanması: Badımcanı közdə, buna imkan yoxdursa, yağlayıb sobada qabığı yanana kimi bişirin. Sonra soyub xırda-xırda doğrayın. Pomidor və soğanı da doğrayıb badımcanla qarışdırın. Üzərinə sürtgəcdən keçirilmiş sarımsağı da əlavə edin. Daha sonra yağ, duz, pul bibər və limon şirəsi töküb qarışdırın. Salatın üzərini cəfəri ilə bəzəyə bilərsiniz.

Bu kateqoriya üzrə digər xəbərlər