Ərzaqlar:
Yumurta – 2 ədəd
Şəkər tozu – 200 qr.
Kərə yağı – 100 qr.
Un – 500 qr.
Qabartma tozu – 10 qr.
Süd – 80 ml.
Hazırlanması:
Şəkər tozu ilə ərinmiş kərə yağını qarışdırırıq. 1 yumurta, qabartma tozu, süd əlavə edilir və mikserdə çalınır. Unu da tökürük və xəmiri yoğururuq. Alınan xəmiri qalınlığı 6-7 mm. olmaq şərti ilə açırıq. Xəmiri ağzı dilikli forma ilə kəsirik, korjiklərimizi perqament kağız sərilmiş listə düzürük. Onların üzərinə yumurta sürtürük və 15 dəqiqə 190-200 dərəcədə bişirik. Ən vacib məqam odur ki, üzəri qızaran kimi götürmək lazımdır, çox qalsa, bərkiyəcək.
Mənbə: Sufrem.az