Korili kroket

Korili kroket

Tərkibi:
2 ədəd kartof
1 toyuq döş əti
2 şirin qaşığı koru
2 yemək qaşığı çörək qırıntıları
2 yemək qaşığı un
1 ədəd yumurta
2 yemək qaşığı soyuq su
duz
qara bibər
duru yağ

Hazırlanması:
Kartofları qaynadıb əzərək püre halına gətirdikdən sonra soyumağa buraxın. Toyuq ətini qaynadıb soyuduqdan sonra didikleyin. Bir kasada un, duz və qara bibəri qarışdırıb ayrı bir qabda yumurta və suyu çırpın. Düz bir qaba galeta ununu alın. Kartof, köri, çörək qırıntıları və toyuq ətlərini qarışdırıb yoğurun. Xəmirdən qoz böyüklüyündə parçalar qopardıb forma verin. Əvvəl una sonra yumurtaya daha sonrada çörək qırıntılarına bulayaraq yağda qızardıb isti yada ilıq xidmət edin.

Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər