Tərkibi: 1 stəkan düyü, 30 qram kərə yağı, 200 qram dana əti, 2.5 stəkan su, 2 ədəd kök, yarım stəkan qarağat, yarım stəkan fıstıq, yarım çay qaşığı zəncəfil və darçın, 2 çay qaşığı duz. Hazırlanması: Düyünü yuyub, 20 dəqiqə ilıq suda saxlayın. Kərə yağını tavada əridin. Xırda doğranmış əti qovurun. Üzərinə 1 stəkan su əlavə edib ət yumşalana qədər bişirin. Daha sonra düyü ilə suyu ətin üzərinə əlavə edib qarışdırın. Yerkökü, fıstıq və qarağatları da töküb tavanın ağzını bağlayın. 5 dəqiqə sonra yeməyin duzunu və istiotunu vurun. Bundan sonra 20 dəqiqə bişirib dəmlənməyə qoyun. İsti-isti süfrəyə verin.