Kartofdan ponçiklər!

Kartofdan  ponçiklər!

Ərzaqlar:
Bişmiş kartof – 500 qr.
Yumurta – 2 ədəd
Bərk pendir – 100 qr.
Nişasta – 2-3 x.q.
Duz

Hazırlanması:
Bişmiş kartoflardan püre hazırlayırsınız. Üzərinə yumurta, sürtgəcdən keçirilmiş pendir əlavə edirsiniz, duz və nişastanı vurub yaxşıca qarışdırırsınız. Çay qaşığının köməyi ilə yumru “şarik” formasını verirsiniz və fritürdə bol yağda qızardırsınız. Onu əsas yeməyin yanında qarnir kimi verə və ya heç nəsiz də yeyə bilərsiniz. Xüsusilə də uşaqların xoşuna gələcək!

 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər