Ərzaqlar:
Iri kartof – 4 ədəd
Şampinyon – 400 qr.
Baş soğan – 1 ədəd
Kərə yağı – 100 qr.
Un – 1 x.q.
Qaymaq – 250 ml.
Pendir – 100 qr.
Duz-istiot
Hazırlanması: Kartoflar yaxşıca yuyulur, amma qabığı soyulmur. Kartof ortadan uzununa 2 hissəyə bölünür. Içi oyulur, qayıq kimi olur.
Sonra onları duzlu soyuq suya qoyuruq ki, qaralmasın.
Içliyi hazırlayın: göbələklər doğranılıb, tavada kərə yağında 6-7 dəqiqə qovrulur, bura xırda doğranmış soğanı əlavə edib qarışdırıb, birlikdə daha 6 dəqiqə bişirin. Bura unu əlavə edib.ş dərhal qarışdırır və tavaya qaymağı tökürük. Duz. Istiot səpilir, 3 dəqiqə orta odda qaymaq qatılaşana kimi bişiririk.
Soba üçün dərin formanın dibinə azca yağ çəkilir, kartof qayıqları düzülür. Hər kartofun içinə bir kiçik parça kərə yağı qoyulur, duz, istiot vurulur. Və içinə göbələkli qarışıq qoyulur. Bütün kartoflar doldurulur.
Sobada 180 dərəcədə 15 dəqiqə hazırlanır. Sonra çıxarıb, üzərinə sürtgəcdən keçirilmiş pendir səpib, yenidən sobaya qoyulub, 10 dəqiqə tam hazır olana kimi bişirilir. Hazır olması kartofun qızılı rəng almasından bilinəcək. Dadlı jülyen hazırdır.
Mənbə: Sufrem.az