Kartof keksləri

Kartof keksləri

Ərzaqlar:
Yumurta – 2 ədəd
Soya sousu (marketlərdə var) – 2 x.q.
Şəkər tozu – 1 x.q.
Xama – 150 qr.
Bitki yağı – 5 x.q.
Xardal – 2 ç.q.
Kartof – 200 qr.
Salyami – 150 qr.
Bərk pendir – 100 qr.
Yaşıl soğan – 1 dəstə
Xəmir qabardıcı – 1 ç.q.
Un – 250 qr.

 

Hazırlanması:
Əvvəlcə yumurta, şəkər tozu, soya və xama qarışdırılır. Yaşıl soğan xırdalanır, salyami doğranılır, pendir sürtgəcdən keçirilir. Çiy kartoflar da sürtgəcin iri gözündən keçirilir.  Bütün bunlar da yumurtalı kütləyə qatılır, bitki yağı və xardal əlavə olunub qarışdırılır. Ələnmiş un və qabartma tozu səpilir, yaxşıca qarışdırılır.10 dəqiqəlik kənara qoyun. Sonra onu keks üçün olan formaların içinə töküb, 180 dərəcədə 20-25 dəqiqə bişirin. Kekslər çox tünd olmamalıdır.
Dekor üçün üzərinə mayonez çəkə, göyərti ilə bəzəyə bilərsiz.
Bir-iki dişləmdə iştahla yeyilən kartof kekslər ilə yaxınlarınızı heyrətləndirin. Nuş olsun!

 

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər