Ərzaqlar:
Toyuğun döş əti – 200 qr.
Göbələk – 200 qr.
Holland pendiri – 100 qr.
Konservləşdirilmiş ananas – 100 qr.
Yumurta – 2 ədəd
Şüyüd – yarım dəstə
Mayonez – 150 qr.
Kök – yarım dənə
Hamburger pendiri – 3 ədəd
Bəzək üçün yaşıl soğan
Duz – zövqə görə
Hazırlanması:
Yumurtalar, kök və file bişənə kimi qaynadılır. Göbələklər hazır olana kimi yağda qızardılır. Boşqabın içinə xırdalanmış file, üstünə qızardılmış və doğranmış göbələklər düzülür, hər qat duzlanır. Üstünə sürtgəcdən keçirilmiş pendir səpilir və mayonezlənir. Kub formasında doğranmış ananaslar da əlavə edilir, mayonezlənir. Üstünə sürtgəcdən keçirilmiş yumurta səpilir. Xırdalanmış şüyüdlə salatın üzəri örtülür. İndi əsas məsələ, kalaları hazırlamaqdır: hamburger üçün istifadə edilən pendirləri fotodakı kimi qatlayırsız, arasına bir dilim nazik bişmiş kök qoyursuz, yaşıl soğandan isə kalaya yarpaq düzəldirsiz.
Mənbə: Sufrem. az