İraq Şam İslam Dövləti (İŞİD) bir nəfərin başını kəsərək cəzalandırıb.
Qafqazinfo-nun məlumatına görə, həmin şəxs müsəlmanlara İŞİD ərazisindən qaçmağa kömək etdiyi üçün cəzalandırıldığı bildirilib.
Qətliam Hələb şəhərinə yaxın bir kənddə həyata keçirilib. Edam anını meydanda uşaqların izləməsi diqqət çəkib.
Görüntülər İŞİD-in sosial şəbəkələrdəki səhifələrində paylaşılıb.