"iPhone 7 Plus"-da 3 kamera olacaq

"Apple" şirkəti çəkilişin keyfiyyətini yüksəltmək məqsədilə yeni "iPhone 7 Plus" smartfonunun arxa hissəsinə iki fotokamera quraşdırmağı planlaşdırır.

Yeni fotomodul eyni zamanda çəkilən iki kadrın birləşdirilməsi yolu ilə fotoların keyfiyyətinin artırılmasına yardım edəcək.

Bundan əlavə, smartfon ilk dəfə 2-3 dəfə obyektik yaxınlaşdırmağa imkan verən optik zoom-la da təchiz olunacaq. Eyni zamanda yaxınlaşdırarkən şəklin keyfiyyətinin itməsi də aradan qalxacaq.

Analitiklər bildirilər ki, gücləndirilmiş kamera yalnız 5,5 düymlük "iPhone 7 plus" modelinə quraşdırılacaq. 4,7 düym ekrana sahib olacaq "iPhone 7" modelində bu kameranın quraşdırılması nəzərdə tutulmayıb.

"iPhone 7" və "iPhone 7 Plus" modellərinin bu ilin payız ayında ictimaiyyətə təqdim olunacağı gözlənilir.

"Apple" şirkəti ikikameralı smartfon buraxmaq üçün bu işlə məşğul olan şirkəti alıb və iki kameranın tətbiqi məqsədilə patent almaq üçün müraciət edib.

sonxeber.az

Bu kateqoriya üzrə digər xəbərlər