Humus: Məşhur İsrail qəlyanamtısı

Humus: Məşhur İsrail qəlyanamtısı

Ərzaqlar:

Noxud – 250 qr.
Zeytun yağı – 75 ml.
Küncüt yağı – 20 ml.
Yarım dənə limon şirəsi
Duz – istiot
Üyüdülmüş cirə - bir çimdik
Qırmızı toz bibər (paprika) – bir çimdik
Küncüt – 1 ç.q.
Keşniş – 2 sap

Hazırlanması:

Gecədən səhərə kimi noxudları soyuq suda islağa qoyursuz. Səhər onu yumşalana kimi bişirirsiz. Suyunu süzürsüz (atmırsız), noxudları blenderdə əzib püre halına salırsız. Üzərinə zeytun, küncüt yağını, limon şirəsi, cirə, duz-istiot, paprika əlavə edirsiz, qarışdırırsız. Əgər kütlə çox quru alındısa, üzərinə 2-3 x.q. noxud bulyonu (qaynadığı suyu) süzə bilərsiz.
Humus hazır! Onu isti halda boşqaba çəkib masaya verirsiz. Lavaşla, çörəklə çox dadlı yeyilir!

 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər