Heyvalı toyuq

Heyvalı toyuq

Ərzaqlar:

Toyuq filesi (dərisiz) – 4 tikə
Heyva – 2 ədəd
Qəhvəyi şəkər – 2 x.q.
Kərə yağı yağı – 4 x.q.
Zeytun yağı – 2 x.q.
Duz, istiot – zövqə görə
Ağ şərab – 150 ml.

Hazırlanması:

Heyvanın ortası çıxarılır, dilimlənir. Qaynar suya 1 dəqiqəlik salınıb çıxarılır və soyuq su ilə yuyulur.
File ortadan 2 nazik tikəyə bölünür. File tikəsinin içinə iti bıçaqla bir neçə iti kəsiklər atılır. Kəsik ortada qalsın, filenin kənarlarına kimi kəsməyin. Hər kəsiyin içinə bir heyva dilimi qoyun. File rulet kimi bükülür, heyvalar çöldə olmaq şərtilə. Duz, istiot səpilir, yağ sıçradılır.  Ruletlər falqaya bükülür. Soba üçün formaya rulet falqalar düzülür.  170 dərəcədə 20 dəqiqə bişirilir.
Sous üçün bir heyva xırda doğranılır, qaba qoyulur, üzərinə şərab və şəkər əlavə edilir. Güclü odda qaynadılır, ta ki, həcmi 2-3 dəfə artana kimi. Sous süzgəcdən keçirilir və kərə yağı qatılır.
Toyuq ruletləri falqadan çıxarılır, boşqaba qoyulub, üzərindən sous gəzdirilir.

Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər