Ərzaqlar:
Təmizlənmiş günəbaxan tumu – 2 st.
Un – 1,5 st
Su – 0,5 st.
Günəbaxan yağı – 150 ml.
Şəkər tozu – 1 st.
Hazırlanması:
Günəbaxan tumları qovrulur, ətçəkəndən keçirilir və ya blenderdə püre halına salınır. Un quru tavada qızılı rəng alana kimi qovrulur. Hər iki kütlə birləşdirilir, həmcins olana kimi qarışdırılır.
Şəkər tozu ilə su bir qazançada 10 dəqiqə qaynadılır, şirə hazırlanır. İndi unlu kütlə, günəbaxan yağı və bu şirə bir qabda mikserin köməyi ilə qarışdırılır. Kütlə həmcins olan zaman mikser söndürülür, halva istənilən formaya doldurulur, zövqdən asılı olaraq üstünə fındıq, fıstıq basıla da bilər, halva hamarlanır və ağzı örtülür, üstünə bir qədər ağız yük qoyulur ki, yastılansın. Bir müddət sonra diliməyib yeyə bilərsiz.
Mənbə: Sufrem.az