Gavurdağı salatı

Gavurdağı salatı

Ərzaqlar:
Pomidor – 4 ədəd
Yaşıl bibər – 1 ədəd
Baş soğan – 1 ədəd
Yaşıl soğan – 3-4 sap
Cəfəri – 3-4 sap
Qoz ləpəsi – yarım st.
Zeytun yağı – 50 ml.
Nar suyu – 30 ml.
Sumaq – zövqə görə
Duz – zövqə görə

Hazırlanması:
Pomidor və yaşıl bibər xırda-xırda doğranılır. Baş soğan da olduqca xırda doğranılır və duzla ovulur. Yaşıl soğan, cəfəri xırdalanır. Bütün ərzaqlar bir qaba yığılır. İri doğranmış qoz ləpəsi, zeytun yağı, nar suyu tərəvəzlərin üzərinə gəzdirilir. Qarışdırılır. Möhtəşəm bir salat alınır. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər