Tərkibi:
• 2 yumurta 
• 1 paçka yağ
• 1 stəkan şəkər pudrası
• 1 ədəd qabartma tozu 
• Lazımı qədər un 
• Çəkilmiş fındıq 
Hazırlanması:
İstifadə edəcəyiniz yumurtalardan birinin ağını ayırıb kənara qoyun. Daha sonra fındığı çıxmaq şərtilə bütün ərzaqları qarışdırın. Diqqət edin ki, yağ otaq temperaturunda olsun. Alınan xəmiri kiçik dairələrə ayırın. Balaca topları öncə kənara qoyduğunuz yumurtanın ağına batırın, sonra da çəkdiyiniz fındığa.
180 dərəcədə qızdırılmış sobada bişirin. Çalışın ki, üstü çox qızarmasın. Üstü ağ qalsa daha gözəl görünər.
Nuş olsun!
Mənbə:Dadlı.az
 
                 
         Narlı ət salatı
        
        Narlı ət salatı
     Heyvalı toyuq
        
        Heyvalı toyuq
     Arıqladan limon şorbası.
        
        Arıqladan limon şorbası.
     Toyuq çığırtma şorbası.
        
         Toyuq çığırtma şorbası. 
     "Mimoza" ruleti
        
        "Mimoza" ruleti 
     Dadlı və asan pirojna
        
        Dadlı və asan pirojna 
     Çox asan çuğundur salatı.
        
        Çox asan çuğundur salatı. 
     Tənbəl dolma
        
        Tənbəl dolma
     
                 
                     
            