Fıstıq əzməli donat

Fıstıq əzməli donat

Tərkibi:
90 qr. fıstıq əzməsi
6 yemək qaşığı əsmər şəkər
2 yemək qaşığı qatıq
1 ədəd yumurta
½ su stəkanı süd
1 su stəkanı + 1 yemək qaşığı un
1 şirin qaşığı vanil
1 şirin qaşığı qabartma tozu
1 yemək qaşığı kərə yağı - qəlibləri yağlamaq üçün
Duz

Üzəri üçün:
100 qr. krem
1 su stəkanı bitter şokolad
File badam - bəzəmək üçün

Hazırlanması:
Bir çırpma kabında fıstıq əzməsini yüngülcə çırpın sonra esmer şəkəri əlavə edin çırpmağa davam edin və qatığı əlavə edin. Bütün tərkibi qarışdırın yumurtanı əlavə edin və homogen bir kıvam əldə edənə qədər çırpın. Ayrı bir qabda bütün quru vəsaitləri qarışdırın və yumurtalı qarışığa əlavə edib bir spatula köməyi ilə un qarışana qədər içdən xaricə doğru xəmiri söndürmədən qarışdırın, son olaraq südü əlavə edin və qarışdırın.

Donat qəliblərini kərə yağı ilə yağlayın və sıxma torbası ilə xəmiri bərabər olaraq qəliblərə sıxın, 180 dərəcədə 7-8 dəqiqə bişirin. Ardından sobadan çıxardıb soyumağa buraxın. Soyuyan donatları qəliblərdən çıxarın.

Üzəri üçün;
Kremi əlinizlə çırparaq yüngül qabardın. Bitter şokoladı benmari üsulu əridin və çırptığınız kremaya əlavə edin.

Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər