Lazım olan ərzaqlar:
Qaymaq - 150 ml.
Yoqurt - 4 ədəd
Şəkər tozu - 3 x/q.
Jelatin - 2 paket
Hazırlanması:
Jelatini paketin üstündə yazıldığı qayda ilə hazırla. Digər qaba qaymaq və şəkər tozu töküb, sobada qaynayana və şəkər əriyənə qədər qarışdıra-qarışdıra bişir. Qabı sobadan götürüb, üzərinə hazırladığın jelatini töküb, qarışdır. Kənarda yoqurtu mikserlə çalıb, qaymaqlı qarışığa əlavə et. Alınan qarışığı qablara töküb, 5-6 saat soyuducuda saxla. Sonra «Panna cotta»nı boşqaba çevirib, üstünə istədiyin meyvə siropu, ərinmiş şokolad və ya mürəbbə şirəsi tök. Süfrəyə verərkən üzərinə istədiyin meyvədən düz.