Evdə hazırlaya biləcəyiniz tiramisu

Evdə hazırlaya biləcəyiniz tiramisu

Yumurta  3 ədəd

Maskarpone pendiri  250 qr

Yağlılığı yüksək dərəcədə olan qaymaq   200 qr

Şəkər pudrası  200 qr

Suda həll olan qəhvə  2 paket

Tiramisu üçün peçenye 2 paketdə 10 ədəd

 

Yumurtanın ağını sarısından ayırmaq vacibdir.  Şəkər pudrasını yumurtanın sarısına əlavə edib, sonra isə maskarpone pendiri və qaymağı töküb, mikserlə qarışdırın. Bütün bunları qarışdırarkən köpüklənənə qədər heçnə əlavə etməyin. Daha sonra yumurtanın ağını, sarısı və pendir ilə qarışdırmaq olar.

Qaynar suda həll olunmuş qəhvənin soyumağını gözləyin, ardından peçenyeləri səliqə ilə qəhvəyə batıraraq, qaba yerləşdirin. Növbə ilə hər bir qatın üzərinə krem çəkin. 3-4 saat soyuducuda qaldıqdan sonra desertin üzərinə kakaonu səpib süfrəyə təqdim edin.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər