Ərzaqlar:
Toyuq filesi – 500 qr.
Süd – 100 ml.
Yumurta – 1 ədəd
Baş soğan – yarısı
Duz, istiot, sarımsaq – zövqə görə
Hazırlanması:
File və soğan xırda kub formasında doğranılır. Birlikdə blenderdən keçirilir. Bir az xırdalandıqdan sonra (tam həll kütlə olmasın) bura südü, çiy yumurtanı əlavə edib, bərabər kütlə alınana kimi qarışdırın. Hamar, şəffaf kütlə alınmalıdır. Bura duz, istiot, döyülmüş sarımsaq qatın.
Soba üçün xüsusi sellofan paketlər satılır. Ondan 20*20 ölçüdə hissələr kəsilir, hər hissənin mərkəzinə 2 x.q. farş qoyulub, boru formasında bükülür. Bir ucunu iplə bağladıqdan sonra, farşı boru içərisində hamarlayıb, bərabər yayıb, o biri ucunu da sapla və ya iplə bağlayırsız. Sosislər özünü tutsun deyə, 1 saat soyuducuda saxlanılır. Qaynar suda 15 dəqiqə bişirilir. Həm faydalı, həm də təmiz sosislə hazırdır! Nuş olsun!
Mənbə: Sufrem.az