Ev şəraitində türk paxlavasını belə hazırlayın

Ev şəraitində türk paxlavasını belə hazırlayın

Lazım olan ərzaqlar:

Xəmir üçün:
Süd - 1 stəkan
Yumurta - 2 ədəd
Yağ - 150 qr.
Maya - 20 qr.
Un apardığı qədər

İçi üçün:
Qoz - 300 qr.
Yağ - 600 qr.

Şərbət üçün:
Şəkər tozu - 0,5 kq.
Su - 1 stəkan

Hazırlanması:
Süd, yumurta,yağ, maya və undan ibarət xəmiri hazırlayıb, acımağa qoyun. Xəmir hazır olduqdan sonra kündələr (qozdan bir az böyük) hazırlayın. 7 kündə götürüb, onları balaca açın, aralarına çoxlu nişasta səpib, üst-üstə qoyun. Oxlov vasitəsilə üst-üstə yığdığınız yuxaları açın. Tavanı yağlayıb, açdığınız yuxaları, bir-bir tavaya düzüb, aralarını yağlayın. Sonra üzərinə çəkilmiş qoz töküb, yenə 7 kündəni eyni qaydada açıb, üzərinə düzün. Kvadrat şəkildə doğrayıb, sobaya qoyun. Bişənə yaxın üzərinə hazırladığınız şərbəti əlavə edib, 8 dəqiqə sobada saxlayıb, götürün.    

Bu kateqoriya üzrə digər xəbərlər