Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Suriyadakı vəziyyətlə bağlı iki ölkə arasında dostluq münasibətlərinin itirilməsi ilə hədələdi, Oxu.Az Reuters-a istinadən xəbər verir.
“Rusiya ilə münasibətlərin yaxşı olması hamıya məlumdur. Amma əgər Rusiya bir çox sahələrdə əməkdaşlıq etdiyi Türkiyə kimi dostu itirsə, çox şey itirəcək və Moskva bunu bilməlidir”, - Ərdoğan deyib.
O həm də vurğulayıb ki, Rusiya təyyarələrinin Türkiyə hava məkanını pozması bütövlükdə NATO-nun maraqlarına toxunur.
Türkiyə DİN-i Rusiya hərbi aviasiyasının Türkiyənin hava məkanını pozduğuna görə Rusiya səfirini etirazını bildirmək üçün çağırmışdı.
Rusiyanın Suriyadakı əməliyyatları ilə bağlı Ərdoğan bildirib ki, Moskvanın hərəkəti “ciddi səhvdir”.