"Azərbaycanda qripəbənzər kəskin respirator virus infeksiyası yayılıb. Bununla bağlı müraciətlər olur, amma kəskin qrip xəstəliyi qeydə alınmayıb".
Sonxeber.az-ın məlumatına görə, bu barədə açıqlamanı Klinik Tibbi Mərkəzin (KTM) hava-damcı infeksiyası şöbəsinin həkimi Nigar İsmayılova bildirib.
Onun sözlərinə görə, respirator virus infeksiyası ilə bağlı müraciət edənlər arasında üstünlüyü hamilə qadınlar təşkil edir: "Artıq payız-qış mövsümü olduğundan bu virus geniş yayılıb. Hamilə qadınların immuniteti zəif olduğu üçün bu virusa yoluxma daha tez nəticələnir. Bundan əlavə ürək-damar, ağciyər xəstəliyinin daşıyıcılarına da bu virus fəsad verir. Belə xəstələrdə yuxarı tənəffüs yollarının xəstəliyi daha ağır formada keçir".
Həkim yuxarı tənəffüs yollarının müxtəlif əlamətləri ilə onlara müraciətlər olunduğunu deyib: "Müxtəlif əlamətlərlə bizə xəstələr gəlir ki, onlar da müalicə olunaraq evə yola salınıb".
Nigar İsmayılova onu da əlavə edib ki, bir gündə müraciət edənlərin konkret sayı məlum olmasa da, qəbulunda olanlar daha çox ağırlaşmış xəstələr olur: "Konkret bizdə ölüm faktı olmayıb. Qripdən yox, amma qripin fəsadlarından konkret ölüm ola bilər. Miningit və zaringitdən ölüm halları istisna deyil".