Düyü kotleti

Düyü kotleti

Ərzaqlar: ( 12 ədəd üçün)

Su – 300 ml.
Un – 3 x.q.
Toz suxarı – 4 x.q.
Əridilmiş kərə yağı – 80 qr.
Qoz ləpəsi – 150 qr.
Qabartma tozu – 1 ç.q.
Şəkər tozu – 2 x.q.
Yumru düyü – 100 qr.
Duz – bir çimdik
Yumurta – 1 ədəd
Kəsmik – 150 qr.

Hazırlanması:

Düyünü yaxşıca yuduqdan sonra azca duzlu suda bişənə kimi qaynadırsınız. Qoz ləpəsi təmizlənir, quru tavada bir qədər qovrulur və blenderdən keçirilir. Qabartma tozu ilə un qarışdırılır. Kəsmik, yumurta, duz, şəkər tozu bir qabda yaxşıca həll edilir. Bişmiş düyü xırdalanmış qoz ilə (qozun bir hissəsini saxlayın) qarışdırılır. Üzərinə kəsmikli kütlə tökülür və yaxşıca qarışdırılır. Sonda un da əlavə edilir və həmcins olana kimi əllə yoğrulur. Üzəri örtülür və 20 dəqiqəlik soyuducuya qoyulur.
Suxarı və qalan qoz bir qabda qarışdırılır. Soyuducudan çıxan kütləyə əlimizlə kotlet formasını veririk. 80 qr. əridilmiş kərə yağında hər iki üzü qızardılır. Süfrəyə bir qədər qaldıqdan sonra verin. Yanında cem, mürəbbə olarsa, bu kotletlər daha da çox sevilər!

Mənbə: Sufrem. az

Bu kateqoriya üzrə digər xəbərlər