Dietik unsuz keks

Dietik unsuz keks

Keksi hazırlamağa lazım olanları siyahısından başlayaq.

 

Tərkibi: (4 nəfər üçün nəzərdə tutulub)

1 ədəd yumurta

1 stəkan süd

4 xörək qaşığı kəsmik

1 çay qaşığı kəklikotu

1 çay qaşığı pul bibər

Yarım çay qaşığı zirə

1 çay qaşığı çörəkotu

1 xörək qaşığı doğranmış cəfəri

Yarım stəkan qaynar su

1 xörək qaşığı zeytun yağı

1 stəkan yulaf kəpəyi

 

Hazırlanması:

Əvvəlcədən sobanı 180 dərəcəyə qoyub isidin. Keksin xəmirini hazırlamağa başlayın. Bunun üçün dərin bir qaba ehtiyacınız olacaq. Yulaf kəpəyi ilə isti suyu bu qaba töküb qarışdırın. Qabarması üçün 5 dəqiqə gözləyin. Ayrı bir qabda digər məhsulları qarışdırın. Yulaf kəpəyi qabarıb soyuduqdan sonra içərisinə əldə etdiyiniz qarışığı tökün. Yaxşıca qarışdırın.

 

Keks qəliblərini yağlayıb xəmiri içərisinə tökün. 180 dərəcədə təxminən 30-35 dəqiqə bişirin.

Keksi süfrəyə bitki çayı, süd və ya qəhvə ilə birlikdə verə bilərsiniz.

Məlumat üçün bildirək ki, bu keks insanı uzun müddət tox saxlayır. Beləliklə, çox yeməyin qarşısını alır. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. Onu 1 həftə saxlamaq olar. Keksin tərkibi sağlamlıq üçün zəruri olan zülal və kalsiumla zəngindir.

publika.az

Bu kateqoriya üzrə digər xəbərlər