İdeal blinçik

İdeal blinçik

Ərzaqlar:

Süd  - 300 ml.
Qaynar su - 300 ml.
Un – ¾ st.
Nişasta  - ¾ st.
Yumurtalar  - 2 ədəd
Kərə yağı – 1 x.q.
Şəkər tozu – 0,5 x.q.
Duz – 0,5 ç.q.
Vanil

 

Hazırlanması:

Şəkər tozu ilə yumurtaları çalırıq. Sonra duz və vanili əlavə edirik.
Çalmağa davam edə-edə südü əlavə edirik, ardınca unu və nişastanı tökürük.
Çalmağa davam edərək əridilmiş kərə yağını və qaynar suyu incə axınla tökürük.
Xəmiri 30 dəqiqə dinlənməsi üçün kənara qoyuruq. Bu, blinçiklərin dadlı olması üçün çox vacibdir.
30 dəqiqədən sonra blinçikləri bişirməyə başlayırıq. Onları bərabər porsiyalarla tavaya töküb 2 dəqiqə ərzində bir üzünü, sonra digər üzünü qızardırıq.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər