Ərzaqlar:
Bərk pendir – 80 qr.
Çuğundur – 2 ədəd
Yumurta – 2 ədəd
Duz – istiot
Mayonez – 50 qr.
Hazırlanması:
Qeyd: zövqdən asılı olaraq, sarımsaq, duzlu xiyar, qoz da vurmaq olar.
Çuğundur və yumurta bişənə kimi qaynadılır. Sonra qabığı təmizlənir, xırda kub formasında doğranılır. Bir qaba yığılır. Bərk pendir də xırda kub formasında doğranılır və onların üzərinə tökülür. Duz, istiot, mayonez vurulur, qarışdırılır. Yaşıl noxud və ya göyərti ilə bəzədilir, süfrəyə verilir. Nuş olsun!
Mənbə: Sufrem.az