İçi meyvəylə doldurulmuş toyuq

İçi meyvəylə doldurulmuş toyuq

Ərzaqlar:

Bütöv toyuq – 1 ədəd
Pendir – 100 qr.
Kartof – 8 ədəd
Sarımsaq – 3 diş
Banan – 1 ədəd
Portağal – 1 ədəd
Mandarin – 1 ədəd
Kivi – 1 ədəd
Duz, istiot – zövqə görə

Hazırlanması:

Toyuq yuyulur, içi çıxarılır, içinə duz, istiot, sarımsaq çəkilir. Meyvələr təmizlənir, kub formasında doğranılıb, toyuğun içinə doldurulur. Diş çöpü ilə qarnı bağlanılır. Toyuq sobada 30 dəqiqə bişirilir, sonra çıxarılır, ətrafına doğranmış kartof düzülür, duz, istiot səpilir, sürtgəcdən keçirilmiş pendir səpilir, yenidən sobaya qoyulur və tam hazır olana kimi bişirilir. Belə toyuq istənilən məclis süfrəsinin bəzəyidir.

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər