Cavanlaşdıran su resepti

Cavanlaşdıran su resepti

Məşhur Spa kurortlarında xanımlara verilən xüsusi hazırlanmış detoksiyasiya və antioksidant – cavanlaşdırıcı və təmizləyici suyu özünüz evdə hazırlayın. Bu içkinin resepti çox qədim zamanlardan gəlir. Ətirli və qeyri-adi gücə malik suyu gecədən hazırlayıb, səhər qəbul edirsiz.

Lazım olanlar:

Süzülmüş və ya qazsız mineral su – 1 stəkan
Narın zəncəfil -1ç.q.
Doğranmış lətli xiyar – 1 ədəd
Doğranmış limon -1 ədəd
Təzə nanə yarpaqları -12 ədəd

Hazırlanması:

Bütün bunları bir yerdə, ağzı bağlı qabda gecədən saxlayıb, səhər süzərək içmək lazımdır. Kurs olaraq 12 gün qəbul edin. Bu sudan sonra bədəniniz rahatlanacaq, dəriniz açılacaq, zərərli toksinlər xaric olacaq, siz xeyli cavan görünəcəksiz.

 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər