Bütöv qarpızı yeyən uşaq internetdə rekord qırır – VİDEO

Bütöv qarpızı yeyən uşaq internetdə rekord qırır – VİDEO

Avstraliyanın Melburn şəhərində kriket üzrə matçda tamaşaçı tribunasında olan uşaq iştahası ilə özünə diqqət çəkib, Daily Mail məlumat yayıb.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, Tonni Şibeçinin oğlu Mitç yalnız oyundan deyil, eləcə də böyük bir qarpızdan həzz alıb.

O, matçı izləyən zaman demək olar ki, qarpızı qabığı da daxil olmaqla tam olaraq yeyib. Həmin prosesi telekameralar qeydə alıb.

Bir sıra telekanallar uşağı öz proqramlarında iştirak etmək üçün dəvət ediblər.

Bu kateqoriya üzrə digər xəbərlər