"Bu Şəhərdə" iki şirkət yaradıb

"Bu Şəhərdə Media" MMC və "Bu Şəhərdə PR" MMC Vergilər Nazirliyində qeydiyyatdan keçib.

"APA-Economics"in verdiyi xəbərə görə, hər iki şirkət cari ilin sentyabrın 30-da qeydiyyata alınıb və hər birinin nizamnamə kapitalı 10 manatdır.

 

"Bu Şəhərdə Media" MMC-nin qanuni təmsilçisi Coşqun Rəhimov, "Bu Şəhərdə PR" MMC-nin qanuni təmsilçisi isə Rəfail İsgəndərovdur.

Bu kateqoriya üzrə digər xəbərlər