Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur.
Oxu.Az xəbər verir ki, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.
Sentyabrın 15-də Azərbaycanda 150 min nəfərdən çox uşaq birinci sinfə gedəcək.
Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq.