Bəh-bəh salatı

Bəh-bəh salatı

Ərzaqlar:
Badımcan – 2 ədəd
Pomidor – 4 ədəd
Pendir – 250 qr.
Zeytun – 5-6 ədəd
Təzə nanə - 5 sap
Cəfəri – 5 sap
Zeytun yağı – 125 ml.
Limon şirəsi – 1-2 ç.q.
Sarımsaq – 1 diş
Duz, qara istiot

Hazırlanması:
Badımcanlar 8-10 mm. qalınlıqda dairəvi doğranılır, duz səpilir və 30 dəqiqə kənarda saxlanılır. Sonra soyuq su ilə yuyulur və süzülüb, qurudulur.
Sous üçün sarımsaq və göyərtiləri blenderdən keçirin, üzərinə zeytun yağı, limon suyu, 1 xörək qaşığı su, duz, istiot qatıb, yüngülcə çalın.
Pomidorlar da dairəvi 1 sm. qalınlıqda kəsilir, pendir də həmçinin halqavari doğranılır. Pomidor, badımcan, pendir qaba düzülür, üzərinə fırça ilə zeytun yağı çəkilir.
Hamısı (hətta pendir də) ya qrildə, ya da tavada ikitərəfli qızardılır. Pomidorları qrildə çox saxlamayın ki, əzilməsin. Qızardılmış ərzaqları boşqaba istədiyiniz dizaynda düzüb, üzərindən sousu gəzdirirsiniz. Və isti halda da yeyilir. Manqal dadı verən salatın əsas fərqi pendirin də olmasıdır.

 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər