"Beşiktaş" Denis Boykodan sonra daha bir qapıçıya təklif göndərib.
"Qara qartallar" ispaniyalı Diyeqo Lopzin xidmətlərində maraqlıdır. 34 yaşlı qoliper İstanbul klubunun təklifini dəyərləndirsə, transfer yanvarın 22-də reallaşacaq. Bu mövsüm "Milan"ın heyətində 8 dəfə meydana çıxan təcrübəli qapıçı 14 qol buraxıb. Sonuncu dəfə oktyabrda "Milan"ın qapısını qoruyan Lopez zədəsi və Donnarummanın əsas qapıçıya çevrilməsi səbəbindən ikinci dərəcəli qapıçıya çevrilib.
(goal.az)