Banan salatı.

Banan salatı.

Ərzaqlar:

Banan – 2 ədəd
Bərk pendir – 100 qr.
Limon şirəsi – 2 ç.q.
Vetçina – 100 qr.
Fıstıq – 50 qr.
Cəfəri
Qara toz istiot
Mayonez – 1 x.q.

Hazırlanması:

Bananların qabığı soyulur, dilimlənir, üzərinə limon şirəsi sıxılır. Bu ona görə lazımdır ki, bananlar qaralmasın. Pendir və vetçina sürtgəcin iri gözündən keçirilir. Cəfəri xırdalanır, fıstıq üyüdülür. Bütün ərzaqlar qarışdırılır, duz, istiot səpilir, mayonez də vurulur, qarışdırılır. Salatımız hazır!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər