Balıq yağı arıqlamağa kömək edir

Balıq yağı arıqlamağa kömək edir

Balıq yağı bütün yağlardan keyfiyyətinə görə seçilir. Qanda xolesterinin aşağı düşməsinə kömək edir. Omeqa 3 qanda iltihablanmanın qarşısını alır. Artritlərdə, revmatizmdə, sistitdə yaxşı təsir edir. Bunlarla bərabər balıq yağı depressiya, psixi xəstəliklər, yuxusuzluğu aradan qaldırır.

Artıq mütəxəssislər balıq yağı ilə artıq çəkidən uzaqlaşmağın mümkün olduğu söylənilir. Bədəndə yeni hüceyrələrin yaranmasına təkan verir. Məsələ ondadır ki, orqanizmdə mübadilə proseslərinin sürətlənməsinə səbəb olan balıq yağında maddələr deyil, həm də gənc yağ hüceyrələri orqanizmdə piy yığılmasının xeyli azaldır.

Balıq yağı içmək leptin hormonunun səviyyəsinin yüksəldilməsi, orqanizmdə toplanmış yağların yanmasına kömək edir.

Balıq yağını həkim nəzarəti altında qəbul edilməsi məsləhətdir. Gündəlik norma 6 qr təşkil edir. Bu yağın qəbulu ilə yanaşı qızıl balıq, siyənək, skumbriya, ançouslar, badam, qoz ləpəsi, həmçinin boranı toxumunu öz rasionunuza elavə edə bilərsiniz.  

Bu kateqoriya üzrə digər xəbərlər